Britaniyanın Baş naziri bu gün Kiyevə səfər edəcək

Kateqoriya məlum deyil
T
Böyük Britaniyanın Baş naziri Rişi Sunak yanvarın 12-də Ukraynaya səfər edəcək.
Sfera.az-ın xəbərinə görə, bu barədə Britaniya hökuməti məlumat yayıb.
“Baş nazir bu gün yeni böyük dəstək paketini açıqlamaq və Ukrayna ilə sıx tərəfdaşlığa sadiqliyini təsdiqləmək üçün Kiyevə səfər edəcək”, - məlumatda qeyd edilib.
Bildirilib ki, Böyük Britaniya Ukraynaya ayrılan maliyyə vəsaitini 2,5 milyard funt-sterlinqə qədər artıracaq.






