Təbii ehtiyaclarını vannaya etdiyinə görə tituldan məhrum edildi

Təbii ehtiyaclarını vannaya etdiyinə görə tituldan məhrum edildi

Çinli şahmatçı Yan Çenlonq bu ilin əvvəlində keçirilən şahmat yarışının qalibi olub. İdmançı qalibiyyətini o qədər vəhşicəsinə qeyd edib ki, sonda təşkilatçılar onu əxlaqsız davranışa görə tituldan və pul mükafatından məhrum etmək qərarına gəliblər.

 

Sfera.az bildirir ki, həddindən artıq spirtli içki qəbul edən şahmatçı qaldığı otelin əmlakına ziyan vurub, ictimai asayişi və əxlaq qaydalarını pozub. Bundan əlavə, o, təbii ehtiyacını vanna otağında düz vannanın içinə etməklə ödəyib. 

 

Şahmatçının özü ittihamları inkar etmir, ancaq normal dozada pivə içdiyini bəhanə edir. Mədəsi ağrıdığı üçün tualetə qaçmağa vaxtı olmadığını iddia edən idmançı, buna görə hamama oturduğunu bildirib. 

 

Xiangqi Assosiasiyasının nümayəndələri sosial şəbəkələrdə şahmatçının turnirin imicinə xələl gətirən nalayiq davranışını pisləyiblər.

 

Yan Çenlonq isə öz növbəsində mülki iddia qaldıraraq üzrxahlıq, reputasiyasının bərpası və 100 min yuan (təxminən 13 min avro) məbləğində təzminat tələb edib.

 

Qalmaqalla bağlı istintaq davam edir.

 

Yeri gəlmişkən, 19 yaşlı amerikalı qrossmeyster Hans Niemann dələduzluqda ittiham olunur. Aldatma əlamətləri Chess.com onlayn platformasının xüsusi alqoritmlərindən istifadə edilməklə aşkar edilib.

 

Saytın hesabatında deyilir ki, Niemann şəxsi olaraq onlayn turnirlərdə fırıldaq etdiyini etiraf edib, lakin turnirlərdə heç vaxt bunu etmədiyini iddia edib. Bundan sonra sayt ona müəyyən müddətə qadağa qoyub.

 

Chess.com həmçinin qeyd edir ki, şahmatçı “Elo” reytinqində (dünyada fərdi şahmatçı əmsallarının ümumi sistemi) çox sürətlə irəliləyir. Niemannın üç ayda 2500-dən 2600-ə yüksəlməsi statistik baxımdan qeyri-adi bir hal kimi təsvir edilir.

 

Hələ araşdırma müəllifləri Niemannın canlı turnirlərini təhlil etmədiyini bildirib. Hesabatda şahmatçının yarışlarda oynadığı altı oyuna xüsusi diqqət yetirilməli olduğu vurğulanır.

 

Sentyabrın ortalarında Niemann Sent-Luisdə keçirilən turnirdə iki dəfə istefa verən norveçli dünya çempionu Maqnus Karlsenə qalib gəlib. Bundan sonra Karlsen “Sinquefield Cup” turnirindən çıxaraq, açıq şəkildə amerikalı şahmatçını saxtakarlıqda ittiham edib.

 

Norveçli şahmatçı Twitter-də futbol məşqçisi Joze Mourinyo ilə müsahibənin videosunu yerləşdirib, həmin videoya belə başlıq yazıb: 

 

“Danışsam, böyük bəlaya düçar olaram”.

 

Lakin Niemann bütün ittihamları rədd edir. Təqsirsizliyini sübut etmək üçün o, qadcetlərdən istifadə imkanları olmayan və “sıfır elektron ötürücü” otaqda soyunub oynamağa razılaşıb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...