Çox ağır xəstələr var - Maska ​​rejiminin bərpasına çağırış

Çox ağır xəstələr var - Maska ​​rejiminin bərpasına çağırış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanları COVID-19-un yayılmasının qarşısını almaq üçün maskalardan və sosial məsafədən istifadəyə davam etməyə çağırır.
 

Sfera.az xəbər verir ki, Ukraynada artıq Dövlət Administrasiyası paytaxt sakinlərini maska ​​taxmağa çağırıb.
 

Administrasiyanın sədr müavini Nikolay Povoroznikin sözlərinə görə, hər həftə yeni koronavirusa yoluxma halları qeydə alınır.
Kiyev sakinlərinə insanların sıx olduğu yerlərdə yenidən maska ​​taxmaq tövsiyə olunur.
 

"Həftəlik yeni koronavirus yoluxmaları qeydə alınır. Xəstəxanaya yerləşdirilənlər arasında ağır xəstələr də var"- deyə Nikolay Povoroznik bildirib.
 

Qeyd edək ki, son həftələr dünya üzrə COVID-19, qrip və digər patogenlərin yaratdığı tənəffüs yoluxucu xəstəliklər artıb.


ÜST nümayəndələri ilk əlamətlər müşahidə edildikdə, həkimlə əlaqə saxlamağı və zəruri hallarda COVID-19-a görə vaxtında müayinədən keçməyi tövsiyə edir.
 

Xatırladaq ki, dekabrda COVID-19-a yoluxma hallarının pik həddə yaxınlaşdığı bildirilib. ÜST nümayəndələrinin sözlərinə görə, koronavirus infeksiyası hələ də yayılmaqdadır. Lakin epidemiyadan sonra yeni ildə azalma başlayacaq.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR