İsveç Rusiya ilə sərhədə ordu göndərir - 2025-ci ildə...

İsveç Rusiya ilə sərhədə ordu göndərir - 2025-ci ildə...
Kateqoriya məlum deyil
T

İsveç NATO-ya daxil olduqdan sonra Rusiya ilə sərhədə qədər Latviyaya 800 hərbçi göndərəcək.
 

Sfera.az xəbər verir ki, "Dagens Nyheter" qəzetinin məlumatına görə, qərar barədə İsveçin Baş naziri Ulf Kristersson məlumatlandırılıb.


Məqsəd "Rusiyanı hücumdan çəkindirəcək" müttəfiq döyüş növbətçi qrupu çərçivəsində Latviya sərhədini qorumaqdır. Latviyanın müdafiə naziri Andris Spruds da öz növbəsində bunu gözəl xəbəri adlandırıb.
 

“NATO-nun Latviyada olması bizim təhlükəsizliyimiz üçün çox vacibdir. NATO qüvvələri müttəfiq ərazilərin hər qarışının qorunmalı olduğu mesajı verir”,-o deyib.
 

İsveç ordusunun baş komandanı Conni Lindfors aydınlıq gətirib ki, əsgərlər 2025-ci ilin əvvəlində Latviyaya gedəcəklər. Hərbçilərlə yanaşı, İsveç zirehli texnikalar - zirehli transportyorlar, döyüş maşınları və ola bilsin ki, "Leopard" tankları da göndəriləcək.

 

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR