Logo

"Ukraynalı komandirlərin iclas keçirdiyi yer vurulub" - Rusiya MN

"Ukraynalı komandirlərin iclas keçirdiyi yer vurulub" - Rusiya MN
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Silahlı Qüvvələri Ukraynanın 101-ci Ərazi Müdafiə Briqadası komandirlərinin iclasının keçirildiyi yerə hücum edib.

Sfera.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb .

“101-ci Qurudan Müdafiə Briqadası bölmələrinin komandirlərinin olduğu yer,  o cümlədən Ukrayna Silahlı Qüvvələrinin 108 regionda atəş mövqelərindəki 113 artilleriya bölməsi, canlı qüvvəsi və hərbi texnikası vurulub”,- məlumatda qeyd olunub.

Bundan əvvəl Rusiya hərbi idarəsi bəyan etmişdi ki , Rusiya Silahlı Qüvvələri bir həftə ərzində səkkiz “Fırtına kölgəsi” qanadlı raketini, həmçinin 14 “Toçka-U” taktiki raketini məhv edib. Qeyd olunur ki, bu müddət ərzində aviasiya və hava hücumundan müdafiə sistemləri Ukraynanın Su-27 təyyarəsini və Mi-8 helikopterini vurub .

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR