Kahramanmaraş zəlzələsindən 1 ilə yaxın vaxt keçir - Hansı işlər görülüb? 

Kahramanmaraş zəlzələsindən 1 ilə yaxın vaxt keçir - Hansı işlər görülüb? 

Fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələnin 1 ili tamam olacaq. 


Sfera.az xəbər verir ki, dərinliyi 7 kilometr olan zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.


Kahramanmaraş fəlakətindən sonra zəlzələ qurbanlarının ən qısa zamanda evlərinə dönmələrini təmin etmək üçün infrastruktur işləri sürətlə davam etdirilib. 1 ili əhatə edən zaman kəsiyində zəlzələ bölgəsində tikintisi planlaşdırılan 100 min kənd evinin hamısı polad konstruksiyadan tikilib.


“Polad ev” qərarı Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin nəzdində keçirilən “Zəlzələ Faktları və Şəhər Çevrilmə Şurası” tərəfindən verilib. Bu çərçivədə, xüsusilə, zəlzələ bölgələrində yeni tikilən yaşayış evlərində polad konstruksiyadan istifadə edilib.


Tikilən evlərin çöl və içərisinə üzlük materiallarına ən azı 10 santimetr daş yunu döşənib. Daş yunu ilə təhlükəsizlik təmin edilərkən, digər tərəfdən izolyasiya ilə enerjiyə qənaət edilib.


6 fevral zəlzələsindən təsirlənən vilayətlərdə 200 min evdən 41 min bina evi və 4 min 807 kənd evinin tikintisi başa çatdırılıb. İnsanlara dəstək məqsədilə yaşayış yerlərində evin kvadrat metrinə görə 500 min ilə 800 min TL arasında kredit veriləcək.


Qeyd edək ki, “Polad evlərə” üz tutan ölkələrdən biri də Yaponiyadır. Nazirlik qrupları tikinti prosesinə başlamazdan əvvəl bütün dünyada bu strukturların nümunələrini araşdırıblar. 

 

Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il sentyabrın 25-də Türkiyədəki dağıdıcı zəlzələ barəsində Saziş imzalayıb. Sazişə əsasən, Azərbaycan Türkiyənin Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi üçün 100 milyon ABŞ dolları ayırıb. 
Həmçinin zəlzələnin ilk günlərində  Azərbaycan Türkiyəyə dəstəyini nümayiş etdirirək, dərhal axtarış və xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımlar göndərib.
 

Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

Bu nəqliyyatda gedişhaqqı ARTDI - MƏBLƏĞ

Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.   Sfera.az report-a istinadən xəbər verir ki, bunu j...

Bu ərazilərlə bağlı sarı xəbərdarlıq edildi - DİQQƏT!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bu ölkədə YENİ TREND - Boşananda da fotosessiya etdirirlər

 Çində cütlüklər həm evlənəndə, həm də boşananda foto çəkdirirlər.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə boşanma mərasi...

"WhatsApp" işlədənlərin NƏZƏRİNƏ - Oktyabrın 1-dən...

"WhatsApp " oktyabrın 1-dən bəzi köhnə telefon modellərini dəstəkləməyəcək.   Sfera.az bu barədə Türkiyə mediasına istinadən...

Rusiya Özbəkistanda AES inşa edir, Bakıya da təklif edəcək? - ŞƏRH

Rusiyanın “Rosatom” şirkəti Özbəkistanla imzaladığı müqavilə əsasında bu ölkədə aşağı güclü atom elektrik stansiyası inşa edəcək. Bu müqavilə Rusiya...

Azərbaycanda əhali mənzil təmirinə nə qədər pul xərcləyir? - STATİSTİKA

Azərbaycan əhalisi ötən il mənzillərin təmirinə 53,3 milyon manat pul xərcləyib.   Sfera.az xəbər verir ki, bir il əvvəlki tarixlə müqayisədə əhalin...