Bu əraziyə qadınların və dişi heyvanların girişi qadağandır

Bu əraziyə qadınların və dişi heyvanların girişi qadağandır

Yunanıstanda Athos dağı haqqında çox maraqlı faktlar var. Bu dağa nə qadın, nə dişi heyvan girə bilməz. Yerlilərin iddiasına görə, bu vəziyyət Müqəddəs Məryəmlə bağlı rəvayətə görədir. 

 

Sfera.az bu maraqlı faktlardan biri haqqında məlumat təqdim edir.

 

Yunanıstandakı Athos dağı həm turistik, həm də coğrafi baxımdan ən məşhur yerlərdən biridir.

 

 

Bu dağa qadın və dişi heyvanların girməsinin qadağan edildiyi iddia edilir. 

 

Bəs niyə qadağandır?

 

Athos dağını ziyarət etmək istəyənlər, ilk olaraq pasportunuzun surətini “Mount Athos Pilgrims Office”ə göndərməlidir. Yarımadanın 100 monastırından birində üç gecə qalmaq üçün 10-a qədər pravoslav və 20 qeyri-pravoslav kişi zəvvar qəbul edilir.

 

Sevgililəri bərə və ya gəmiyə minərkən qadınlardan limanda qalmaları tələb olunur.

 

10-cu əsrə aid tarixi kitaba görə, dişi heyvanlar nəcisləndikləri üçün adaya buraxılmırlar. Ancaq qadınların niyə girməməsi ilə bağlı dəqiq məlumat yoxdur. Təkcə məlum olan odur ki, uzun müddətdir, bu qayda davam edir...

 

Bəzi mənbələrə görə, bu, subaylıq və bəkarəti qorumaq üçün qoyulmuş qayda ola bilər. 

 

Athosun digər monastırlardan fərqli və tamamilə böyük bir monastır olması düşüncəsidən bu qadağaya səbəb ola bilər. Bundan əlavə, qadınlara qoyulan qadağanın pravoslav düşüncəsi ilə bağlı ola biləcəyi də ehtimal edilir.

 

"Hz. Məryəm Kiprə doğru gedərkən təsadüfən Athos dağına enir. O, buranı o qədər sevirdi ki, öz övladına hədiyyə edilməsi üçün dua edirdi. Bura hələ də "Allahın bağı" adlanır”-yerli sakinlərdən biri danışır.

 

Ətrafda çoxlu pişiklər olur. Bunun siçanları təmizləmək üçün çıxış yolu olduğu güman edilir.

 

Buraya dişi heyvanların girişi qadağan olunduğundan süd, yumurta kimi məhsullar kənardan alınır.

 

“Pasxa yumurtaları var. Toyuq yumurtalarını qırmızıya boyayırıq. Dağda toyuq olmadığı üçün onu da xaricdən gətiririk. Əgər kişilər Athosa gəlmək niyyətindədirlərsə, mütləq saqqal saxlamalıdırlar. Bizans dövründə buraya xədimlər və kiçik yaşlı oğlan uşaqlarının da girişinə qadağa var idi."

 

Kiçik oğlanlar böyüklərin müşayiəti ilə dağa girə bilərlər. Amma qadınların içəri girməsi tamamilə qadağandır. 1953-cü ildə bir qadın ziyarətə gəldiyi üçün 12 ay həbs cəzasına məhkum edilib. Buna uyğun olaraq, sonralar bir çox qanunlar qəbul edilib.

 

Aysel

Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Bu nəqliyyatda gedişhaqqı ARTDI - MƏBLƏĞ

Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.   Sfera.az report-a istinadən xəbər verir ki, bunu j...

Bu ərazilərlə bağlı sarı xəbərdarlıq edildi - DİQQƏT!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bu ölkədə YENİ TREND - Boşananda da fotosessiya etdirirlər

 Çində cütlüklər həm evlənəndə, həm də boşananda foto çəkdirirlər.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə boşanma mərasi...

"WhatsApp" işlədənlərin NƏZƏRİNƏ - Oktyabrın 1-dən...

"WhatsApp " oktyabrın 1-dən bəzi köhnə telefon modellərini dəstəkləməyəcək.   Sfera.az bu barədə Türkiyə mediasına istinadən...

Rusiya Özbəkistanda AES inşa edir, Bakıya da təklif edəcək? - ŞƏRH

Rusiyanın “Rosatom” şirkəti Özbəkistanla imzaladığı müqavilə əsasında bu ölkədə aşağı güclü atom elektrik stansiyası inşa edəcək. Bu müqavilə Rusiya...

Azərbaycanda əhali mənzil təmirinə nə qədər pul xərcləyir? - STATİSTİKA

Azərbaycan əhalisi ötən il mənzillərin təmirinə 53,3 milyon manat pul xərcləyib.   Sfera.az xəbər verir ki, bir il əvvəlki tarixlə müqayisədə əhalin...