15 milyon insanın həyatına və bir imperiyaya son qoyan epidemiya

15 milyon insanın həyatına və bir imperiyaya son qoyan epidemiya

Azteklər 14-16-cı əsrlər arasında indiki mərkəzi Meksika bölgəsi- Mesoamerikada yaşayan Mərkəzi Amerika xalqı idi. Bəzi şayiələrə görə, onlar ispanların gətirdiyi ev heyvanlarından ötürülən epidemiya ilə məhv ediliblər. Müasir alimlər isə bu xəstəliyin hələ də təhlükə yaratdığını bildirirlər.

Sfera.az 15 milyon insanın ölümünə və Azteklər imperiyasına son qoyan sirli epidemiya haqqında yazı təqdim edir.


Aztek və ya Aztek İmperiyası 1545-ci ildə yayılan dəhşətli bir pandemiya ilə demək olar ki, məhv edilib.

 

Bir çox əfsanə və mədəniyyəti özündə birləşdirən Azteklər o dövrlərin ən böyük sivilizasiyalarından biri idi.
Hesablamalara görə, 5 il ərzində 15 milyona yaxın insan bu pandemiyadan dünyasını dəyişib.


Bu, 15 milyon Aztekin təxminən 80%-i demək idi.
Qəribədir ki, “Cocoliztli” adlanan bu epidemiya təhlükəli olsa da, həm də qədim astek dilində “faydasız” mənasını daşıyırdı.


"Bu epidemiya əsrlər boyu tarixçilər və elm adamları tərəfindən araşdırılıb. Elm dünyasının uzun müddətdir maraqlandığı bu DNT-nin kəşfinə hər gün bir az daha yaxınlaşırıq".


"1545-ci ildə 50 avropalı Meksikaya gələndə oradakı insanlar bu xəstəlikdən əziyyət çəkməyə başladılar. Daha da pisi, bu epidemiya Meksika xalqının indiyə qədər gördüyü üç ən böyük epidemiyadan ikincisi idi".


Tarixi məlumatlara görə, hətta o dövrün həkimləri də bu xəstəliyin qızılca və malyariya əlamətlərinə heç bir şəkildə bənzəmədiyini deyirdilər.


Alimlər indi bu xəstəliyə nəyin səbəb olduğunu və onun səbəbini bilirlər.

Alimlər Kokolizt adlanan xəstəlikdən ölən insanların dəfn edildiyi qəbiristanlıqdan 29 skelet aşkar edərək, onların DNT-lərini analiz edib. Cəsədlərin hamısında “Paratifi C” tipli bakteriyanın izlərini aşkar edilib.


Bu virusun qızdırma və ürəkbulanmaya səbəb olduğu bilinir. Lakin bu gün məlumdur ki, bu xəstəliyə tutulan insanlar nadir hallarda yoluxdururlar.


Araşdırma qrupları bu xəstəliyin ispanların gətirdiyi ev heyvanları və ya su vasitəsilə yayıldığını bildirir.


"Genomik məlumatları və DNT viruslarını ətraflı araşdırsaq da, bəzi patogenləri aşkar etmək mümkün deyil. Hesab edirik ki, bu xəstəliyi güclü düşmən hesab etmək lazımdır"-deyə alimlər bildirir.

 

Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR