Dünyanın ən tənha adamı - FOTOLAR

Dünyanın ən tənha adamı - FOTOLAR

93 yaşlı argentinalı Pablo Novak "dünyanın ən tənha adamı" ləqəbini alıb. O, 25 ildir ki, sel suları altında qalan “qorxulu şəhər” adı verilən Epekuenada yaşayır.

Sfera.az bildirir ki, Pablo Novak sel nəticəsində dağılan, bir vaxtlar çiçəklənən turizm mərkəzinin yeganə sakinidir.


Pablo Novak 1985-ci ildə daşqından sonra doğma kəndinə qayıdıb. O, bir zamanlar sürətlə inkişaf edən turizm mərkəzinin yeganə sakinidir. Pablo tez-tez itini boş küçələrdə gəzdirir.


Pablo Novak Buenos-Ayresdən 482 km cənub-qərbdə yerləşən Epekuenada doğulub, burada böyüyüb. 1985-ci ildə fırtına nəticəsində nəhəng dalğa bəndi dağıdıb, nəticədə şəhər 25 il su altında yoxa çıxmışdır. İndi Epakuena qorxunc "kabus şəhəri" adlanır.


Bir vaxtlar sevimli turistik məkan olan, 5000 insanın yaşadığı yer, 2009-cu ildə suyun səviyyəsinin düşməsi ilə yenidən canlanıb. Məhz o zaman kişi mal-qarasına baxmaq üçün doğma kəndinə qayıdıb, bağı olan köhnə evdə məskunlaşıb. Yaşayış yeri kiçik və tozlu, paslı stullar, qəzet yığınlarından başqa heçnəyi, hətta elektrik enerjisi olmayıb.


Pablo Epekuenə qayıdan yeganə sakin olub. Hətta onun ailəsi belə, qonşu şəhərdə yaşamağa üstünlük verərək, qəsəbəyə qayıtmayıb.

 

Hər gün iti ilə boş küçələri gəzən kişi jurnalistlərə açıqlamasında təkliyə öyrəşdiyini deyib.


"Mənim yaşımda adam sadəcə həyatdan həzz alır, Epekuena xarabalıqlarını gəzirəm. Ümid edirəm ki, kimsə yaxınlaşıb məndən nəsə soruşacaq”.


Qeyd edək ki, Epekuenaya hər il 20 000-dən çox turist gəlib. Şəhərdə yerləşən Laquna Epekuen gölünün müalicəvi xüsusiyyətlərə malik olduğu, revmatizm, dəri xəstəlikləri və depressiya üçün müalicəvi olduğu bildirilir. Ancaq indi buraya çox az sayda və çox nadir hallarda insan gəlir.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Məşhur ssenarist vəfat etdi – Nazir AÇIQLADI + FOTO

Türk filmlərinin önəmli adlarından olan 67 yaşlı Tomris Giritlioğlu dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm nazi...

Məktəblərimizdə jest dilləri tədris oluna bilərmi? - AÇIQLAMA

Bu gün Beynəlxalq Jest Dilləri Günüdür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2017-ci ilin dekabrında təsis etdiyi bu tarix görmə, eşitmə və danışma...

Bu nəqliyyatda gedişhaqqı ARTDI - MƏBLƏĞ

Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.   Sfera.az report-a istinadən xəbər verir ki, bunu j...

Bu ərazilərlə bağlı sarı xəbərdarlıq edildi - DİQQƏT!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bu ölkədə YENİ TREND - Boşananda da fotosessiya etdirirlər

 Çində cütlüklər həm evlənəndə, həm də boşananda foto çəkdirirlər.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə boşanma mərasi...

"WhatsApp" işlədənlərin NƏZƏRİNƏ - Oktyabrın 1-dən...

"WhatsApp " oktyabrın 1-dən bəzi köhnə telefon modellərini dəstəkləməyəcək.   Sfera.az bu barədə Türkiyə mediasına istinadən...