Logo

Türkiyənin ilk astronavtının kosmosa göndəriləcəyi tarix AÇIQLANDI

Türkiyənin ilk astronavtının kosmosa göndəriləcəyi tarix AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır yanvarın 17-dən 18-nə keçən gecə Türkiyənin ilk astronavtını kosmosa göndərəcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Alper Gezeravcının iştirakı ilə uçuş saat 01:11-də həyata keçiriləcək və təyinat yeri Beynəlxalq Kosmik Stansiya olacaq. Hazırda astronavt 14 günlük karantin şəraitindədir.

Uçuş ilk ümumavropa astronavt missiyası olan “Ax-3” çərçivəsində həyata keçiriləcək.

Heyət 4 ölkənin hər birindən bir nümayəndədən ibarətdir. Həmin ölkələr ABŞ, İtaliya, İsveç, Türkiyədir.

Təxminən 1,5 günlük uçuşdan sonra kosmik gəminin yanvarın 19-da saat 13:15-də Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşması planlaşdırılır.

Əzizə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR