Şimali Koreya Cənubi Koreyaya artilleriya mərmiləri atdı: Əhali təxliyə edilir

Şimali Koreya Cənubi Koreyaya artilleriya mərmiləri atdı: Əhali təxliyə edilir

Cənubi Koreya iki mindən çox insanın yaşadığı Yeonpyonqdo adasından sakinlərin təxliyəsinə başlandığını elan edib. Ada Şimali və Cənubi Koreyanın sərhədindəki dəniz zonasında yerləşir.

 

Sfera.az bildirir ki, Şimali Koreya qərb sahilindən Cənubi Koreya adalarına doğru təxminən 200 artilleriya mərmisi atıb. Təxribat nəticəsində Cənubi Koreyanın mülki əhalisi və hərbçilər arasında itki olmayıb.


Atılan mərmilər Cənubi Koreyanın faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinə düşüb.


Yerli administrasiya nümayəndələrinin sözlərinə görə, KXDR tərəfindən gözlənilən başqa təxribatlar barədə də məlumat var.


Yerli xəbər agentliklərinin Cənubi Koreya ordusunun bəyanatına istinadən verdiyi məlumata görə, cavab tədbirləri hazırlanır.

 

Qeyd edək ki, Böyük Yeonpyonqdo adası Seuldan təxminən 100 km şimal-qərbdə Sarı dənizdə yerləşən Cənubi Koreya adaları qrupunun bir hissəsidir. Adanın sahəsi 7,01 kvadrat kilometrdir. Ada əhalisi təxminən 1300 nəfərdən ibarətdir ki, bu da onu adalar qrupunun ən böyüyü edir.

 

Bu ərazi Şimali Koreya sahillərinə yaxın yerləşdiyi üçün yüksək strateji əhəmiyyətə malikdir. 2010-cu ildə Şimali Koreya adanı artilleriya atəşinə tutub. Cənubi Koreyanın iki dəniz piyadası və iki mülki vətəndaşının ölümünə səbəb olan insident son 50 ildə Koreya sərhədində baş vermiş ən dəhşətli hərbi insident olub.


Qeyd edək ki, ABŞ və Cənubi Koreya 2024-cü ilin ortalarına qədər Şimali Koreyanın nüvə silahlarının qarşısını almaq üçün ümumi nüvə müdafiə strategiyası üzərində işləyirlər.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR