Qazaxıstan Rusiya kanallarını bu səbəbdən bağladı

Kateqoriya məlum deyil
T
Bu ilin ilk ayından etibarən Qazaxıstanda Rusiya telekanallarının, o cümlədən “Kanal-1”in yayımının dayandırılması iqtisadi səbəblərlə bağlıdır. Yerli operatorun borcu səbəbi ilə 2024-cü il müqaviləsi bağlanmayıb.
Sfera.az xəbər verir ki, “First Channel” Ümumdünya Şəbəkəsinin Qazaxıstandakı rəsmi nümayəndəsi İrina Kalaşnikova bu barədə məlumat verib.
“2024-cü ildə ortaq məxrəcə gələ bilmədiyimiz üçün saziş imzalanmadı. Əsas səbəb operatorun müəllif hüququ sahibinə olan borcudur. Bununla əlaqədar olaraq biz bir neçə TV kanalın yayımını bağlamaq məcburiyyətində qaldıq”, - Kalaşnikova bildirib. (Report)






