"İrana bağlı silahlı qruplaşmalar daha da fəallaşacaq, gərginlik artacaq" - Politoloq

İranın Kerman şəhərində general Qasım Süleymaninin öldürülməsinin ildönümündə baş verən partlayış zamanı onlarla iranlının həlak olması bölgədəki gərginliyi daha da artıracaq.


Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.


Onun sözlərinə görə, bu partlayış İran prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri ərəfəsində baş verib:

 

"Tehranın bu partlayışda İsraili ittiham edəcəyi ehtimalı az deyil. Bu isə o deməkdir ki, İran ərazisində İsrail kəşfiyyatına bağlı olduğu iddia edilən şəxslərin çoxsaylı həbslərinə rəğmən, şəbəkə gücünü itirməyib. Türkiyədə də İsrail kəşfiyyatına bağlı şəxslərin kütləvi həbsi həyata keçirilib. Qasım Süleymanini amerikalılar öldürüblər. Tehran intiqam vədi versə də, Amerikaya zərər verər bilməyib. Əsl zərər “Həmas” qruplaşmasının oktyabrın əvvəlində İsrailə hücumu ilə Tel-Əvivə dəyib. Təsadüfi deyil ki, hücumun arxasında Tehranın dayandığına dair mülahizələr səslənir"


Politoloq bildirib ki, bundan sonra bölgədə İrana bağlı silahlı qruplaşmalar daha da fəallaşacaq.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR