"Dünən baş verən partlayış terror aktı idi" - İbrahim Rəisi

İran prezidenti İbrahim Rəisi Qəzzaya hücumlara görə İsrail və ABŞ-a reaksiya göstərib. 

 

Sfera.az xəbər verir ki, Rəisi Qasım Süleymaninin öldürülməsinin 4-cü ildönümü ilə əlaqədar paytaxt Tehranda keçirilən anım mərasimində çıxış edib.


Rəisi bildirib ki,  Fələstində və Qəzzada törədilən bütün cinayətlərdə birbaşa rolu olan Amerika və sionist rejimi (İsrail) törətdikləri cinayətin bədəlini ağır ödəyəcəklər.


"Dünən baş verən partlayış terror aktı idi. Terror aktını törətməkdə məqsəd Süleymaninin məzarını ziyarət edənləri məhv etmək idi".

 

Xatırladaq ki, Süleymaninin məzarının yerləşdiyi qəbiristanlığın yaxınlığında törədilən partlayışlarda 84 nəfər ölüb, 300-ə yaxın adam yaralanıb.


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR