"Bayden bunu etməyə davam edərsə seçkilərdə uduzacaq" - Müraciət

Dünya
12:30 / 04.01.2024
8943
ABŞ prezidenti Co Bayden Qəzza siyasətinə görə öz komandası tərəfindən tənqidlərə məruz qalıb.
Sfera.az xəbər verir ki, ABŞ prezidentinin seçki kampaniyası qrupu noyabrda ikinci prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşan Baydenə açıq məktubla müraciət edib.
Müraciətdə bildirilib ki, Bayden İsrailə silah yardımı etməyə davam edərsə seçkilərdə uduzacaq.
Xatırladaq ki, dekabrda keçirilən sorğunun nəticələrinə görə, amerikalıların 61 faizi administrasiyanın Qəzza siyasətindən narazıdır.
Ülkər Abdurahmanlı