7,5 bal gücündə zəlzələ: Sunami XƏBƏRDARLIĞI EDİLDİ

7,5 bal gücündə zəlzələ: Sunami XƏBƏRDARLIĞI EDİLDİ

Yaponiyanın Noto yarımadasında 7,5 bal gücündə zəlzələ baş verib. 

 

Sfera.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) sunami xəbərdarlığı edib və sakinləri təxliyə etməyə çağırıb.

 

Agentliyin yaydığı açıqlamada zəlzələ nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik məlumat verilmir.


Rəsmilər Yaponiya Dövlət Televiziyasında açıqlama verərək zəlzələnin episentrinin yerləşdiyi İşikava bölgəsində sahilə dəyən dalğaların 5 metrə çata biləcəyini bildiriblər. Ərazidə yaşayan sakinlər sığınacaq tapıb daha yüksək ərazilərə köçməyə çağırılıb. Səlahiyyətlilər bölgə əhalisinə xəbərdarlıqlarında vurğulayıb ki, baş verə biləcək faciənin qarşısını almaq üçün vəziyyətə ciddi yanaşmaq lazımdır.

 

Yarımadada baş verən zəlzələdən sonra 6,2, 5,2, 5,4 və 5,6 bal gücündə afterşoklar da qeydə alınıb. Zəlzələlərin yerin 10 kilometr dərinliyində baş verdiyi bildirilib. Zəlzələnin maqnitudası ilkin məlumatlarda 7,5 bal kimi əks olunub.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin komitələrinə sədr seçildi - TAM SİYAHI

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.   Sfera.az xəbər verir ki, hakim Yeni Azərba...

Metroda nasazlıq yarandı - Sərnişinlər qatardan düşürüldü

Metronun “Neftçilər”- “Qara Qarayev” mənzilində qatarın qapılarından birinə müdaxilə edilməsi ilə bağlı maşinistin idarəetmə pultuna siq...

"Onlarla ölkəyə hərbi sənaye kompleksinin məhsullarını ixrac edirik" - Prezident

Bizim bütün hərbi zavodlarımızda genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur.   Sfera.az xəbər v...

"Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı utopik deyil" - ŞƏRH

“Bu gün rəsmi Bakının xarici siyasət kursunun əsas istiqamətlərindən biri məhz Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır”.   Bunu Sfe...

Milli Məclis sədrinin müavinləri seçildi - ADLAR

VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.   Sfera.az xəbər verir ki, bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzak...

Tramp üçün son şansdır: “Yenidən bu yarışa qatılmayacam”

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp prezident seçkilərində məğlub olacağı təqdirdə bir daha namizəd olmayacağını bəyan edib.   Sfe...