Maykl Ceksonun qardaşı təcavüzdə ittiham olunur

Maykl Ceksonun qardaşı təcavüzdə ittiham olunur

Maykl Ceksonun qardaşı, musiqiçi və prodüser Cermeyn Cekson təcavüzdə günahlandırılıb. İddiaçı Ceksonun keçmişdə birgə işlədiyi Rita Barretdir.


Sfera.az bildirir ki, iddiaçı Rita Barret cinsi təcavüzün 1988-ci ildə baş verdiyini iddia edir.


Rita bu həftə Los-Ancelesdə məhkəməyə müraciət edərək, Cermeynin 1988-ci ildə öz evində ona təcavüz etdiyini iddia edib. Qeyd edək ki, bu yaxınlarda yazıçı Frederik Beiqbederə qarşı da analoji iddia qaldırılıb.


Çərşənbə günü Los-Ancelesdə açılan qısa iddiada Rita Barrett iddia edir ki, Maykl Ceksonun böyük qardaşı Cermeyn Cekson 30 il əvvəl xəbərdarlıq etmədən evinə gələrək, ona hücum edib.

Barrett, Ceksonla musiqi podratçısı kimi işləyib və onunla “Motown Records”un qurucusu Berri Qordi vasitəsilə tanış olduğunu bildirib. Rita əri Ben Barrett vasitəsilə Qordi ilə sıx əlaqə saxladıqlarını deyib.


"Cavabdeh Cekson iddiaçının evinə soxulub, ona zorakılıq yolu ilə təcavüz edib. Hücum zamanı imanlı bir qadın olan iddiaçı Allaha dua edərək kömək istəyib. Hücumdan sonra Cekson evi tərk edib”-iddiada deyilir.


Ceksonun sahib olduğu şirkətlər “Jermaine L. Jackson Music Productions” və “Work Records” da iddiada müttəhim tərəf olaraq görülüb. Rita Barrett müəyyən edilməmiş zərərin ödənilməsini istəyib.


Cermeyn özü isə hələlik məsələ ilə bağlı şərh verməyib.


Cermeyn Cekson və Marlon qardaşları ilə

 

 

"Rita Barrett dəhşətli və qəddar təcavüzə məruz qalıb. O, qanuni yolla nəyinsə edilə biləcəyini öyrənəndə, özündə güc və dəstək tapıb və indi özünü və başqalarını müdafiə etmək niyyətindədir" - deyə Rita Barrettin vəkil Jeff Anderson bildirib.


Qordinin özü müttəhim kimi göstərilməsə də, iddiada Ceksonu maliyyə maraqlarına görə qoruyanın məhz o olduğu iddia edilir. Barrett iddia edir ki, hücumdan bir gün sonra o, hadisəni Qordiyə danışıb.


Əvəzində isə iddiada deyildiyi kimi, Qordi işgüzar münasibətlərinə görə Ceksonun işindən və nüfuzundan faydalanmaq niyyəti ilə məsələni ört-basdır edib.


İddia Kaliforniyanın AB2777 qanununa əsasən qaldırılb. Bu qanun bu yaxınlarda ləğv edilmiş cinsi təcavüzlə bağlı bəzi mülki iddialar üçün məhdudiyyət müddətindən müvəqqəti olaraq imtina edir.


Qeyd edək ki, qanun qüvvəyə mindikdən bəri Nyu-Yorku bir çox musiqiçi, şoumen və aktyorların təcavüz iddiaları dalğası bürüyüb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qızıl kəskin bahalaşdı

Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) qızılın dəyəri 16 iyun 2025-ci il tarixindən etibarən ilk dəfə 1 troya unsiyası üçün 3 450 dolları ötüb. ...

Transgender kişilərin qadın yarışlarında iştirakına qadağa qoyuldu - Trampdan tarixi qərar

ABŞ prezidenti Donald Tramp qadın idmanının ədalətini və təhlükəsizliyini qorumaq məqsədilə mühüm fərman imzalayıb. Sənədə əsasən, biologiyasına görə kişi olan ...

"Ədalət hər dəfə mənə pul verirdi, pis olurdum"

"Əməkdar artist Ədalət Şükürov toyda, hansısa məclisdə, ümumiyyətlə məni harada görürdüsə, pul verirdi. Onunla görüşəndə məni tuturdu və 300 manat əlimə pu...

Bi yerlərdə heç kim yaşamır, amma hamı ziyarət edir - FOTOLAR

Tərk edilmiş yerlər ürpədici, lakin valehedici ola bilər. Bu məkanlar, istər köhnə məktəb, istərsə də tərk edilmiş bir ev və ya gəmi olsun, inanılmaz təcrübələr...

Paşinyandan prokurorluğa şikayət edildi

Zartonk Milli Xristian Partiyası Ermənistan Baş naziri Nikol Paşinyana qarşı prokurorluğa iki ərizə ilə müraciət edib.   Sfera.az xəbər verir ki, bu ...

Suriya üzrə beynəlxalq danışıqlar yenə Bakıda keçiriləcək

Suriya üzrə beynəlxalq danışıqların növbəti raundu Bakıda keçiriləcək.   Sfera.az-ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas...