Viski müharibələri - 50 il iki ölkə arasında paylaşıla bilinməyən ada

Viski müharibələri - 50 il iki ölkə arasında paylaşıla bilinməyən ada

Danimarka və Kanada arasında 50 il bir ada ilə bağlı "mübahisə" davam edirdi. Tarixin ən sivil və dinc müharibəsi adlandıra biləcəyimiz bu mübahisə nəhayət 2022-ci ildə öz həllini tapıb. Bəs Hans adasının paylaşılması mümkün olmayan hekayəsi nədir?

 

Sfera.az sizə “Viski müharibələri”nin maraqlı hekayəsini təqdim edir.


1971-ci ildən bəri Danimarka və Kanada Nares boğazında kiçik bir qaya parçası kimi təsvir edilən bir ada üzərində hüquqlarını iddia edirdilər.


Hər iki ölkə Kanada ilə Qrenlandiya arasındakı Nares boğazında yerləşən bu adanın onlara məxsus olduğunu iddia edib. Bu adanı əldə etmək üçün onlar 50 il davam edən Viski Müharibələrinə başlayıblar.
 

"Bəs bu adanı bu qədər qiymətli və özəl edən nədir”?- deyə soruşsanız. əslində heç nə! Bu adada yaşayış yoxdur və 1 kilometrlik bir adadır.


Bəs niyə ada uğrunda gedən müharibə Viski Müharibəsi adlanır?

 

Hər iki ölkə 50 il adada öz ölkələrinin bayrağını və bir şüşə spirtli içki buraxaraq, adanın onlara məxsus olduğunu iddia edib.
Ada üçün 50 il davam edən Viski Müharibələri ilk olaraq Kanada və Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanı bir-birindən ayıran Nares boğazında sərhəd məsələlərini müzakirə etmək üçün keçirilən görüş zamanı başlayıb.


İki ölkə 1973-cü ildə boğazın sərhədləri ilə bağlı razılığa gəlsə də, adanın kimə məxsus olması ilə bağlı razılığa gələ bilməyib. Beləliklə, onlar bu problemi həll etmək üçün daha sonra yenidən görüşmək qərarına gəliblər.


Hans adası həm Kanada, həm də Qrenlandiyadan 18 km məsafədə yerləşir. Ona görə də qanuna görə, hər iki ölkə adaya hüquq iddia edə bilər.


1984-cü ildə Kanada ilk böyük addımı atdı və adaya qoşun yeritdi. Kanada, adanın onlara məxsus olduğunu göstərmək üçün ölkə bayrağını və bir şüşə Kanada viskisini qoyub.

Kanadanın bu addımına cavab olaraq, Danimarkanın Qrenlandiyaya cavabdeh olan naziri bir neçə həftə sonra adaya gedib və bayrağı dəyişib.


O, Danimarka bayrağını asıb və eyni şəkildə adada Danimarkanın yerli içkisi olan “Şnapps” şüşəsini qoyub. Nəticədə, heç kimin həyatına təhlükə olmadığı tarixin ən dostcasına müharibəsi olan Viski Müharibələri başlayıb.
 

Tarixin ən maraqlı müharibələrindən biri olan bu müharibə 14 iyun 2022-ci ildə adanın yarıya bölünməsi razılaşması ilə sona çatıb.


Hətta, Kanadanın xarici işlər naziri Melanie Joly və Danimarkanın xarici işlər naziri Jeppe Kofod imzalanma mərasimində jest olaraq bir-birlərinə bir şüşə spirt də hədiyyə ediblər.


50 il davam edən və heç kəsə ziyan vurmayan Viski Müharibələrinin müharibə tarixində özünəməxsus yeri var.


Müharibə olacaqsa, heç olmasa belə olsun...

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakının mərkəzində qanunsuz tikilən bu evlər sökülür - FOTOLAR

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimano...

Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ - Qarşıdakı üç gündə...

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlə...

Füzulidə yanğın: helikopter cəlb olundu

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar ...

Bu şəxslərə pul veriləcək - Oktyabrın 1-dək...

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə a...

Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin Egey dənizi sahillərində 5 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Məlumata g...

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edildi

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib.   Sfera.az xəbər verir ki, E.Camalov 2007-ci ildə Azərbaycan Dövlət İqtisad...