Pekində 72 illik rekord qırıldı: “1951-ci ildən bəri ilk dəfə...”

Pekində 72 illik rekord qırıldı: “1951-ci ildən bəri ilk dəfə...”

Çin soyuq havalara görə əziyyət çəkir.

 

Sfera.az bildirir ki, paytaxt Pekin və ətrafı dekabr ayı ərzində 1951-ci ildən bəri ən uzun soyuq hava axınına məruz qalıb.

 

Belə ki, dekabrın 11-də hava temperaturu sıfır dərəcədən aşağı düşüb. Məlumata görə, bu göstərici 300 saatdan çox dəyişməz qalıb.  Pekində termometrlər bu ay ardıcıl 10 gün ərzində mənfi 10 dərəcədən aşağı göstəricini nümayiş etdirib. Dondurucu soyuqların yanvar ayına qədər davam edəcəyi təxmin edilir.

 

Digər tərəfdən, bu il ölkəyə təsir edən şiddətli soyuq hava axını Çinin şimalındakı şəhərlərdə istilik problemlərinə səbəb olub. Qeyd edilib ki, bəzi xəstəxana, məktəb və yaşayış evlərinin istilik sistemlərində kəsilmələr olacaq.

 

Türkan


OXŞAR XƏBƏRLƏR