“Paşinyanı o əvəz edə bilər” – Qərb də Rusiya kimi AXTARIŞDADIR

“Paşinyanı o əvəz edə bilər” – Qərb də Rusiya kimi AXTARIŞDADIR

“Kreml Paşinyanın yerinə namizəd tapa bilmir”.

 

Sfera.az bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Robert Köçəryan və Serj Sarkisyan artıq bu rola yaramırlar:

 

“Onların ermənilər arasında nüfuzları qalmayıb. Digər müxalifət təmsilçilərin də cəmiyyətdə dəstəyi yoxdur. ABŞ və Avropa İttifaqı Paşinyanın simasında tərəfdaş qazansalar da, Ermənistanda vəziyyətin gərginləşəcəyi halda, alternativ barədə düşünmək məcburiyyətindədirlər. Yəni Vaşinqton və Brüssel Paşinyanın bu və ya digər səbəbdən hakimiyyətdən uzaqlaşacağı və ya uzaqlaşdırılacağı halda, ona əvəz tapmalıdır”.

 

Ekspert tərəflərin axtarışında olduğu, Paşinyanı əvəz edə biləcək namizədin mümkün kriteriyalarından da söz açıb:

 

“Bu,  elə bir siyasətçi olmalıdır ki, Paşinyan kimi Qərblə tərəfdaşlığı davam etdirsin; Rusiya ilə məsafə saxlasın. Fikrimcə, Nikol Paşinyana gələcəkdə alternativ ola biləcək siyasətçi parlamentin hazırki sədri Alen Simonyandır. O,  həm Qərblə sıx tərəfdaşlığı dəstəkləyir, həm də Rusiyanın qatı tənqidçilərindədir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Azərçay”la bağlı iddialara “Azersun”dan cavab: "Dəyişiklik yoxdur"

"Rusiya Federasiyası ərazisində satışı həyata keçirilən “Azerçay” məhsullarının dizaynında və üzərindəki yazıda heç bir dəyişiklik yoxdur"...

Pirallahıda əməliyyat keçirilib - 42 kq narkotik vasitə aşkar olunub

Pirallahı rayonunda keçirilən əməliyyat zamanı 1975-cı il təvəllüdlü, əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Pirallahı rayon sakini 50 y...

Gəncədə ev yanır

Gəncədə yanğın hadisəsi baş verib.   Sfera.az "Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavdaxan qəsəbəsində qeydə alını...

Ermənistanla sərhəddə nüvə təhlükəsi: “Partlamağa hazır saatlı bombadır”

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası bölgə üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Mütəxəssislər sovet dövründə inşa edilən bu nüvə obyektin...

Abşeronda sexdə yanğın oldu - VİDEO

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində sexdə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112...

İstanbul yaxınlığında içərisində 12 nəfərin olduğu yaxta yanır

Türkiyənin İstanbul şəhəri yaxınlığında yerləşən Kınalıada ərazisində yaxta yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global" məlu...