Baydendən müdafiə büdcəsi ilə bağlı QƏRAR: Ukraynaya nə qədər yardım ayrıldı?

Baydendən müdafiə büdcəsi ilə bağlı QƏRAR: Ukraynaya nə qədər yardım ayrıldı?

ABŞ prezidenti Co Bayden 2024-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsini imzalayıb.

 

Sfera.az bildirir ki, buna əsasən, Ukraynaya 800 milyon dollar yardım nəzərdə tutulub.

 

“Müdafiə və Energetika Departamentlərinin, Dövlət Departamentinin və kəşfiyyat xidmətlərinin əsas proqramlarına 886 milyard dollar ayrılacağı gözlənilir”, - deyə Ağ Evdən verilən məlumatda qeyd olunub.

 

Bildirilib ki, ABŞ Konqresinin Nümayəndələr Palatası layihəni dekabrın 14-də, Senat isə dekabrın 13-də təsdiqləyib.

 

Digər tərəfdən, ABŞ-nin dövlət katibi Antoni Blinken Vaşinqtonun Kiyevə kömək etmək üçün maddi baxımdan tükəndiyini vurğulayıb.

 

“Buna baxmayaraq, ABŞ Ukraynanı maliyyələşdirmə cəhdlərini davam etdirməyi planlaşdırır”, o, əlavə edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR