Yeni terapiya üsulu - LGBT üzvləri qaçırılaraq “düşərgələrə” aparılır

Yeni terapiya üsulu - LGBT üzvləri qaçırılaraq “düşərgələrə” aparılır

LGBTQ+ icmasının ekstremist kimi qeydə alındığı Rusiyada bəzi valideynlər uşaqlarını qaçırmaq və konversion terapiya üçün özəl düşərgələrə göndərmək üçün muzdlu işçilərə pul ödəyir. Bu barədə Washington Post məlumat yayıb.
 

Sfera.az xəbər verir ki, belə düşərgələrin keçmiş sakinləri jurnalistlərə hündür beton divarların arxasındakı şəraitin alkoqol aludəçisi və narkomanlar üçün nəzərdə tutulmuş həbsxanalara bənzədiyini bildirib.
 

Onlar burada soyuq havada namaz qılmağa, çayda çimməyə məcbur edilir, həmçinin antipsikotik dərmanlar verilir. 23 yaşlı Ada Bleykvell belə “düşərgələrin” iş üsullarından danışıb. Onun sözlərinə görə, valideynləri onu aldadaraq Rusiyanın Altay bölgəsindəki müalicə mərkəzində bir illik kursa göndəriblər. Konversion terapiya 2022-ci ilin avqustundan 2023-cü ilin mayına qədər davam edib.

Mərkəzdə Bleykveli döyüb, soyuq havada namaz qılmağa və çayda üzməyə məcbur ediblər. Bundan əlavə, o, odun doğramaq, toyuq, hinduşka və donuz kəsməyə məcbur edilib. Ona ruhi xəstəliyi olan insanlar üçün nəzərdə tutulmuş antipsikotik dərmanlar da verilib.
 

Jurnalistlər bir sıra mərkəzlərdə varlı valideynləri tərəfindən zorla saxlanılan 28 yaşlı transseksual Aleksandra ilə də danışa biliblər. O, 20 ayını Moskva yaxınlığındakı "müalicə müəssisəsində" 60 narkoman və alkoqolik ilə birlikdə keçirdiyini deyib. Burada narkomaniya ilə mübarizə üçün ciddi bir proqram tətbiq edilib.
 

LGBTQ+ üzvlərinin hüquqlarını qoruyan Qlobal Bərabərlik Kaucu beynəlxalq şəbəkəsinə görə, bu konversiya terapiyası ABŞ-ın 22 ştatında və 12 ölkədə qadağan edilib.


Xatırladaq ki, bundan əvvəl Rusiyada Ali Məhkəmənin LGBT hərəkatını ekstremist elan edərək, qadağan etdiyi barədə məlumat yayılmışdı.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR