Məşhur aktyor təcavüz iddialarına görə mühakimə olunacaq

Məşhur aktyor təcavüz iddialarına görə mühakimə olunacaq

Vin Diesel təcavüz iddialarına görə mühakimə olunacaq.
 

Sfera.az bildirir ki, “Sürətli və Qəzəbli” filmindəki rolları ilə tanınan 57 yaşlı amerikalı aktyor Vin Dizelin köməkçisi onu cinsi qısnamada ittiham edir. Aktyoru cinsi qısnama və zorakılıqda ittiham edən köməkçi onunla cəmi 9 gün işləyib.
 

Astra Jonasson adlı qadın 2010-cu ildə baş vermiş hadisəni xatırladıb.


O, iddia edir ki, aktyor Atlantada (ABŞ) “Sürətli beşlik” filminin çəkilişlərinin aparıldığı otellərdən birində onu sıxışdırıb.


Sözügedən hadisədən sonra köməkçi işdən çıxarılıb və müqaviləsinə xitam verilib.
 

Vin Dizel özü ittihamları rədd edir, vəkili isə məlumatı tamamilə təkzib edən sübutların olduğunu bildirir.


Qeyd edək ki, qadın zorakılıq ittihamları ilə yanaşı, qeyri-qanuni olaraq müqaviləyə xitam verildiyini də iddia edir.

 

Aysel

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR