Qaçırılan milyonçu adamyeyənlərin evində tapıldı - Yeni faktlar üzə çıxdı

Qaçırılan milyonçu adamyeyənlərin evində tapıldı - Yeni faktlar üzə çıxdı

Xəbər verdiyimiz kimi, 78 yaşlı britaniyalı milyonçu və keçmiş diplomat Kolin Armstronq qaçırılmışdı.

Sfera.az bildirir ki, Kolin Armstronq qaçırıldığı yerdən çox da uzaq olmayan Manabi yaxınlığındakı yolda tapılıb. Bu barədə Ekvador polisi məlumat verib. Armstronqun qaçırılmasının arxasında da çox güman ki, “Los Tiguerones” dayanır. Qeyd edək ki, bu dəstə üzvləri özlərinə beretlərdə pələng döymələri vuran cinayətkar dəstə kimi tanınır.
 

Dəstə həmçinin Meksikanın Jalisco Yeni Nəsil Karteli (CJNG) ilə də əlaqələndirilir ki, bu kartel sözün əsl mənasında düşmənlərinin ürəyini yeməklə ad çıxarıb.
 

İstintaqın ilkin versiyasına görə, Armstronq qaçırılıb və ondan guya aylıq müdafiə haqqını ödəməkdən imtina etdiyi üçün girov tələb edilib.
 

“Hazırda oğurluğun ən çox ehtimal olunan səbəbi budur” deyə adı açıqlanmayan mənbə jurnalistlərə bildirib.
 

Polis 9 şübhəlinin həbs olunduğunu təsdiqləyib. Onların heç biri rəsmi olaraq “Los Tiguerones”ə aid olduqlarını etiraf etməyib.
 

Cinayət işi ilə bağlı istintaq davam edir.
 

Xatırladaq ki, Böyük Britaniyanın keçmiş fəxri konsulu Kolin Armstronq dekabrın 16-da səhər saatlarında qaçırılmışdı. Onunla birlikdə gənc sevgilisi Paola Santos da olub, lakin qadın tezliklə sərbəst buraxılıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Yüngül burun axıntısı görün hansı fəsadlara səbəb ola bilər

Burun axması xəstəliyin ən çox görülən simptomlarından biridir. İnsanlar çox vaxt buna əhəmiyyət vermirlər, lakin bu, ciddi fəsadlara səbəb ola bilər.  ...

Azad olunmuş ərazilərdə dincəlmək istəyənlərin nəzərinə!

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə son günlər mövsümlə əlaqədar olaraq havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq s...

Şuşadakı yanğına səbəb bu imiş - RƏSMİ

İyulun 25-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndi ərazisində polis əməkdaşları tərəfindən baş verən yanğının səbəbləri müəyyən olunub.   Sfera.az xə...

COVID-19 ilə bağlı yeni araşdırma: Əbəs yerə peyvənd olunmuşuq

“JAMA Sağlamlıq Forumu”nda dərc olunan yeni bir araşdırma nəticələrinə görə COVİD-19 pandemiyası zaman dünya üzrə tətbiq edilən hər 5400 v...

Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

Qazaxda Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında ölüb.   Sfera.az Report-a istinadən xəbər verir ki, rayonun Şıxlı kəndi ərazisind...

İranda güclü zəlzələ oldu

İranın Buşehr əyalətinin Əsəluye şəhəri yaxınlığında 4,7 bal maqnitudada zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə IMNA məlumat ya...