6,2 bal gücündə ZƏLZƏLƏ: Daha bir ölkə silkələndi

6,2 bal gücündə ZƏLZƏLƏ: Daha bir ölkə silkələndi
Kateqoriya məlum deyil
T

Cənubi Amerika ölkəsi olan Peruda 6,2 bal gücündə zəlzələ baş verib.

 

Sfera.az xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

 

Episentri Perunun İray bölgəsində olan zəlzələnin yerin 93,4 kilometr dərinliyində baş verdiyini bildirib.

 

Qeyd edək ki, dünyada ən çox seysmik hərəkətlərə malik ölkələrdən biri olan Peru “Alov halqası” kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR