Ukrayna səfərbərliyə hazırlaşır – Orduya 500 minə yaxın insan çağrılacaq

Ukrayna səfərbərliyə hazırlaşır – Orduya 500 minə yaxın insan çağrılacaq

Ukrayna Prezidenti Volodimir Zelenski dünən keçirdiyi mətbuat konfransında hərbi səfərbərliyin elan edilməsinin mümkün olduğuna dair açıqlama verib. 


Sfera.az xəbər verir ki, Zelenski ordunun daha 450-500 min əsgərə ehtiyac duyduğunu söyləyib. 


Ukraynanın dövlət başçısı səfərbərliyin olub-olmayacağı ilə bağlı yekun fikrin formalaşmadığını da vurğulayıb: “Səfərbərlik çox həssas bir məsələdir. Hələlik hökumət bununla bağlı qanun layihəsini parlamentə göndərmək haqqında qəti fikrə gəlməyib. Məsələ ətrafında müzakirə aparılır və yekun qərar yaxın vaxtlarda veriləcək. Bu, çox ciddi rəqəmdir”.


Ukrayna 2022-ci ilin fevralından Rusiya qoşunlarına qarşı döyüşür. Həm Ukrayna, həm də Rusiya müharibə itkilərini dövlət sirri hesab edərək açıqlamırlar. 
Ukrayna əsgərlərinin sayı məlum olmasa da hökumət 1 milyona yaxın insanın silahlandırıldığını açıqlayıb.


Vasif

 


OXŞAR XƏBƏRLƏR