HƏMAS-dan İsrailin humanitar fasilə ilə bağlı çağırışına CAVAB

HƏMAS-dan İsrailin humanitar fasilə ilə bağlı çağırışına CAVAB

İsrail prezidenti İsaak Hersoqdan atəşkəs siqnalı gəlib. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, İsaak Hersoq yeni "humanitar fasilə"yə hazır olduqlarını bildirib.

 

HƏMAS bu çağırışa “hücumlar davam edərkən hər hansı danışıqları rədd edirik” cavabını verib. 

 

İsrail müxalifətinin lideri Yair Lapid bildirib ki, İsrail xalqının təhlükəsizliyi təmin olunmayana qədər bu ideyanın həyata keçirilə bilməyəcək.

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında da Qəzza zolağında “döyüş əməliyyatlarının müvəqqəti dayandırılması üçün təcili addımların atılmasına” və “bütün Qəzza zolağına humanitar yardımın sürətli, təhlükəsiz və maneəsiz çatdırılmasına” çağıran qətnamə layihəsi üzrə səsvermə keçirilib. 

 

BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland isə bildirib ki, humanitar yardım Qəzza zolağına çox çətin şərtlər altında çatdırılıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR