Tornadonun evdən atdığı körpə ağacın üzərində tapıldı - FOTO

Tornadonun evdən atdığı körpə ağacın üzərində tapıldı - FOTO

ABŞ-da tornadonun evdən uçurduğu 4 aylıq körpə sağ-salamat tapılıb.


Sfera.az bildirir ki, ABŞ-ın Klarksvill şəhərində tornadonun yaşayış evindən atdığı körpə möcüzəvi şəkildə sağ qalıb.


4 aylıq körpə yıxılan ağacın üzərindən tapılıb.


Xoşbəxtlikdən ailə üzvlərinin hamısı sağdır. Onların hər biri müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, sağ qalıblar


Uşağın anası Sidney Mur küləyin evin divarlarına dəydiyini eşidən zaman, instinktiv olaraq bir yaşlı oğlunu tutub. Elə həmin dəqiqə divarlar uçub, bir neçə saniyə sonra isə evin damı qopup. Ana özünü digər körpəsinə çatdıra bilməyib.


Ata digər otaqda yatmış körpəsinin yanında uzanıb. Tornadonun beşiyi götürdüyünü görən ata yan tərəfə atılıb, körpəni tutmaq istəsə də, bacarmayıb. Onun qolu və çiyni sınıb.


Dağıntılar altından xilas olan ana leysan yağışda 10 dəqiqə ərzində dörd aylıq körpəsini axtarıb. Bir qədər sonra ana körpəni kökündən qoparılmış ağacın üstündən tapıb.
 

Sidneyin bacısı Keytlin müsahibə zamanı bildirib ki, sanki kimsə uşağı ehtiyatla ağacın üstünə qoyub:
 

“Elə bil, hansısa mələk onu öz əlləri ilə sağ-salamat buraya qoymuşdu”.


 

Körpənin qulağında kiçik kəsik olduğu üçün tikiş vurulub. Başqa xəsarətləri olmayıb. Bundan əlavə, ailə ev, avtomobil, mebellər və paltarlarsız qalıb. Pişiklərdən biri də itgin düşüb.
 

Ailə üçün narahat olan insanlar GoFundMe platformasında onlara kömək etmək üçün xeyriyyə kampanyasına başlayıblar. Kampanya çərçivəsində təkcə birinci gün 25 min dollar yığılıb.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR