"Ermənistanda çətin daxili proseslər gedir” – Vladimir Putin

Rusiya Federasiyasının Preizdenti Vladimir Putin illik mətbuat konfransında ictimaiyyətin və jurnalistlərin suallarını cavablandırıb.

 

Sfera.az xəbər verir ki, təxminən 4 saat davam edən konfransda Putinə daxili və xarici siyasətlə bağlı 2 milyon 800 mindən çox sual ünvanlanıb.

 

Putin konfransda ölkəsinin Ukrayna ilə bağlı hədəflərinin dəyişmədiyini açıqlayıb.

 

Putin bildirib ki, Ukraynanın nasistlərdən təmizlənməsi, demilitarizasiya və neytral status məsələsinin həll olunması əsas hədəflərdən hesab olunur.

 

Putin mətbuat konfransında Ermənistanla bağlı sualı da cavablandırıb:

 

"Ermənistanda çətin daxili proseslər gedir. Ermənsitanın Müstəqil Dövlətlər Birliyinə (MDB) və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmaqdan imtina etmək niyyətinin olmadığını düşünürəm”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR