Jerar Depardyeni təcavüzdə ittiham edən aktrisa intihar etdi

Jerar Depardyeni təcavüzdə ittiham edən aktrisa intihar etdi

Jerar Depardyeni təqibdə günahlandıran aktrisa çayda boğulub
 

Bu yaxınlarda 60 yaşlı fransalı aktrisa Emmanuel Debever 74 yaşlı aktyor Jerar Depardyeni təcavüzdə ittiham etmişdi.
 

Sfera.az xəbər verir ki, hadisə ötən cümə axşamı, dekabrın 7-də baş verib. Emmanuelle Debever təcavüzün təfərrüatlarından danışdığı araşdırma sənədli filminin premyerası günü özünü çaya atıb.
 

Fransa rəsmilərinin məlumatına görə, qadın özünü Sena çayına atıb. Onun ölümü intihar kimi qiymətləndirilir.


Araşdırma filmində o, hələ 1982-ci ildə “Danton” filminin çəkiliş meydançasında aktyorun ona cinsi təcavüz etdiyini bildirib. Hər şey vaqonun ortasında baş verib, aktyor zorla əlini aktrisanın ətəyinin altına qoysa da, qadın qaça bilib.
 

Qeyd edək ki, söhbət rejissor Anjey Vaydinin çəkdiyi tarixi dramdan gedir. Burada aktyor Corc Danton rolunu oynayıb.


Maraqlıdır ki, 2023-cü ilin aprelində daha 13 qadın aktyora qarşı oxşar ittihamlarla çıxış edib. Qadınların ərizə ilə müraciət edərək, aktyoru zorakılıqda ittiham etdiyi məlum olub. Aktyorun özü isə bütün ittihamları qətiyyətlə rədd edir.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...