Putin bu şərtlə Ukrayna ilə sülh olacağını açıqladı

Putin bu şərtlə Ukrayna ilə sülh olacağını açıqladı
Kateqoriya məlum deyil
T

“Məqsədlərimizə nail olanda sülh olacaq”.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

 

“Məqsədlər dəyişmir. Bu Ukraynanın denazifikasiya, demilitarizasiyasıdır”, - Putin bildirib.

 

“Deazifikasiya ilə bağlı nə baş verir? Kiyevdə onlar iddia edirdilər ki, orada nasist yoxdur, lakin Kiyev administrasiyasının rəhbəri keçmiş Sovetlər Birliyi əsgərini ayaqda alqışlayanda bu, nasizmin təzahürü deyildimi?” – Rusiya Prezidenti qeyd edib.

 

Vladimir Putin əlavə edib ki, Ukraynanın demilitarizasiyası da gedir:

 

“Qərblilərin vəd etdiyi hər şeyi Ukrayna aldı. Ancaq biz sadəcə olaraq əks-hücum adlandırılandan başlayaraq, 747 tankı, demək olar ki, 2,3 min müxtəlif sinifli zirehli texnikanı məhv etdik. Bu demilitarizasiyadır”. (Qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR