İnsanların heç bir iz buraxmadan yoxa çıxdığı sirli və qorxulu yer - Benninqton üçbucağı

İnsanların heç bir iz buraxmadan yoxa çıxdığı sirli və qorxulu yer - Benninqton üçbucağı

Tarix boyu yüzlərlə insan birdən-birə və anlaşılmaz şəkildə yox olub. Üstəlik, bu insanlar geridə heç bir iz buraxmadan, sanki kainatın özü tərəfindən udulmuş kimi yox olublar. İtmək hadisələri dünyanın hər yerində baş versə də, bəzən bu hadisələrin daha intensiv şəkildə baş verdiyi bölgələr də olur. Bu bölgələrdən ən məşhuru Bermud Üçbucağıdır. Bura Atlantik Okeanının qərbində, üçbucaqlı koordinat daxilində sirli bir ərazidir. Bermud Üçbucağı haqqında az da olsa, hər kəsin məlumatı var. Zaman-zaman bu barədə sizə yazılar təqdim edirik. Saysız-hesabsız gəmi və təyyarələr heç bir iz buraxmadan burada yoxa çıxıb. Bermud Üçbucağı çox sirli bölgə, bu, dünyada çox sirli bir ərazidir. Lakin, insanların sirli şəkildə yoxa çıxdığı və bu günə qədər talelərindən heç bir məlumat olmayan başqa sirli yerlər də var.

Sfera.az bu dəfə sizə Benninqton üçbucağı haqqında yazı təqdim edir.


Burada 1800-cü illərdən başlayaraq çox qəribə və qorxulu hadisələr baş verir.


Bu hadisələr bütün dünyanın diqqətini çəkir. Hətta Joseph A. Citro adlı araşdırmaçı jurnalist 1996-cı ildə bu barədə kitab da yazır. Onun iddialarına görə, Benninqton üçbucağında baş verən sirli hadisələrə görə hətta, yerli qızıldərililər buranı bir daha geri dönməmək üzərə tərk ediblər. O, kitabında bunları qeyd edirdi: [2] Onlar (qızıldərililər) bütün dağın "dörd külək" tərəfindən lənətləndiyinə inanırdılar. Çoxları bunu mif adlandırsa da, bunda bir həqiqət var. Qlastenberi dağındakı külək o qədər gözlənilməzdir ki, hava birdən dəyişir və bitkilər qəribə şəkildə böyüyür.
 

Zaman-zaman ərazidə serialı qatilin yaşadığı barədə fərziyyələr irəli sürülsə də, bəziləri bu səbəbləri fövqəltəbii varlıqların olması ilə izah edir.
Elm adamlarının izahları da daha məntiqli görünür. Bəzi alimlər buranın mədən ərazisi olduğuna görə, ayaq izlərini saxlamadığını və beləcə insanların uçurumdan yuvarlanma ehtimalı olduğunu, bəziləri isə hipotermiya ilə əlaqələndirir. Dağda temperatur çox aşağı ola bilər və yoxa çıxmalar da adətən qış aylarında baş verir. Hipotermiyada insanlar terminal “basdırılmağa” məruz qalar. Bu açıqlamalar qənaətbəxş kimi görünsə də, mövzuya tam olaraq aydınlıq gətirmir.

 

Benninqton üçbucağında baş vermiş ən izaholunmaz itmə hadisələri isə 1945-50 ci illəri əhatə edir.


İlk dəfə burada Middie Rivers adlı qrup rəhbəri itkin düşüb. İtkin düşməzdən əvvəl o qrupun qaldığı düşərgəyə gözləri kor olmuş vəziyyətdə qayıdıb. Lakin bunun necə baş verdiyi də sirr olaraq qalır. Ondan bir il sonra bu günə qədər də əyalətin ən böyük itkin hadisəsi sayılan 18 yaşlı Paula Welden (Uelden) də eyni bölgədə itib. 1 dekabr 1946-cı ildə Benninqton Kollecinin tələbəsi, qırmızı palto geyinmiş, meşənin yaxınlığında gəzintiyə çıxıb və bir daha geri qayıtmayıb. Paulanı axtarmaq üçün kütləvi axtarış başladılıb. Minlərlə insan onu axtarsa da, itlər və helikopterlərdən istifadə edilsə də, axtarışlar nəticəsiz qalıb. Hadisə ştatda o qədər diqqət çəkib ki, Uelden itkin düşəndən sonra səlahiyyətlilər axtarış-xilasetmə bölmələrini gücləndirməyə məcbur olublar. Hətta dövlət polisinin yaradılması qərara alınıb.
 

Paulanın yoxa çıxmasından düz 3 il sonra Benninqton Üçbucağı ilə bağlı ən diqqət çəkən hadisələrdən biri baş verib. 68 yaşlı Ceyms Tedford Vermontdakı qohumlarını ziyarət etdikdən sonra geri qayıtmaq üçün avtobusa minib.
 

Şahidlərin sözlərinə görə, Tedfordu avtobusda Benninqtondan əvvəlki dayanacaqda görənlər olub. Lakin avtobus Benninqtona çatanda Tedford yoxa çıxmışdı. İfadələrdəki məlumata görə, qocanın əşyaları hələ də baqajda olub, lakin özü qəfildən yoxa çıxıb.
 

Ceyms Tedforddan sonra 1950-ci ildə anası ilə fermada olan Pol itkin düşüb. Anası heyvanları yemləmək üçün ayrılarkən 8 yaşlı Pol maşında oynayırdı. Anası Paula maşından düşməməsi haqqında xəbərdarlıq etsə də, qadın geri qayıdanda Paul yox idi. Yüzlərlə nəfərdən ibarət axtarış qrupları axtarış aparsa da, heç kim Paulu tapa bilməyib. Balaca uşağın atası Benninqton üçbucağına diqqət çəkərək oğlunun son vaxtlar qəribə şeylər danışdığını və “dağın çağırışı” ilə yoxa çıxdığını bildirib.
 

(Onu da qeyd edək ki, Paul yoxa çıxarkən, bəziləri ailəsinin onu öldürüb, heyvanlara yedirdiyi iddiasını da ortaya atıb).



Benninqton üçbucağında son itkin hadisəsi Paulun yoxa çıxmasından 2 həftə sonra baş verib. Peşəkar alpinist olan 53 yaşlı Frieda Langer əmisi oğlu Herbert Eysnerlə birlikdə gəzintiyə çıxıb. Təxminən 1 kilometr getdikdən sonra çaya düşən Langer islanıb və paltarını dəyişmək üçün düşərgəyə qayıdıb. Digər hadisələrdən fərqli olaraq, Langerin cansız bədəni itdikdən təxminən 6 ay sonra göldə tapılıb. Lakin cəsədin tapıldığı göl Frida yoxa çıxandan sonra ilk axtarılan yerlərdən biri olduğuna görə, bu hadisə də bu günə qədər öz müəmmasını saxlayır.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

İcra başçısının müavini 11 ay sonra işdən çıxdı

İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini Ruslan Məmmədov (Eldaroğlu) vəzifəsindən istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə Rus...

Rusiya ABŞ-nin təzyiqlərinə tab gətirəcəkmi? - "Artıq döyüşlərin intensivliyi azalıb"

ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunmayacağı təqdirdə Moskvaya qarşı indiyədək tətbiq olunmamış, daha sərt...

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi

Tbilisi məhkəməsi sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı qətimkan tədbiri olaraq təyin edilmiş 20 min lari məbləğində girovu həbslə əvəzləyib.  ...

Dünyanın ən kasıb prezidenti vəfat etdi

Uruqvayın keçmiş prezidenti, El Pepe kimi tanınan Xose Muxika 89 yaşında vəfat edib   Sfera.az bu barədə “BBC News”a istinadən xəbər veri...

Dəstək və əzm sayəsində əldə olunan nailiyyətlər: qəhrəmanlarımızın uşaqları beynəlxalq olimpiadalarda - FOTO

Geniş auditoriya IMEC və TIMO beynəlxalq olimpiadalarında qızıl medallara layiq görülən azərbaycanlı məktəblilərin hekayələri ilə artıq tanış olub.   ...

Yeni hərbi prokuror kollektivə təqdim edilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 may 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan...