Yaponiyada güclü zəlzələ
Kateqoriya məlum deyil
Yaponiyanın Honsü adasında 6,2 bal gücündə zəlzələ baş verib.
Sfera.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Fukusima prefekturasında, ocağı isə 45 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.






