BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

BBC xəbər aparıcısı canlı yayımda orta barmağını göstərdi - FOTO

Britaniyanın BBC kanalında xəbər aparıcısı olan 46 yaşlı Meriam Moşiri canlı yayımın başlamasından xəbəri olmadığı üçün kameraya orta barmaq göstərib.
 

Sfera.az bildirir ki, xəbər buraxılışının bu qısa fraqmenti viral olub və sosial şəbəkələrdə, xüsusən X-də sürətlə yayılıb.
 

Meriam Moşiri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson haqqında hekayənin xülasəsini oxumazdan əvvəl bu jesti edib.
 

Jurnalist bu hadisəyə artıq cavab verib. O, üzr istəyib və bunun necə baş verdiyini izah edib.


Xəbər buraxılışı zamanı Meriamın bir qədər narahat səs tonu görünür. Ehtimal ki, özü də xəcalətdən xəbərdar olub və buna görə depressiyaya düşüb.


Biabırçılıq BBC News-da 6 dekabr çərşənbə günü saat 12:00-da baş verib.
 

Şərhlərdə izləyicilər zarafatlaşsa da, bəziləri teleaparıcını qeyri-peşəkarlıqda və birbaşa səhlənkarlıqda ittiham ediblər.


Meriam daha sonra X-dəki səhifəsində bu hadisə haqqında danışaraq,üzr istəyib. O izah edib ki, proqram başlamazdan əvvəl barmaqları ilə zarafatla saniyələri sayıb: 10-dan 0-a qədər.
 

"1-ə çatanda efirdə görünəcəyindən xəbərsiz, zarafatla orta barmağımı qaldırdım. Çox üzr istəyirəm. Bunu qəsdən etməmişəm. Kimisə incitmişəmsə, üzr istəyirəm"-deyə o paylaşımda yazıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...