HƏMAS İsrail ərazisinə indiyə qədər 12 minə yaxın raket buraxdı

HƏMAS İsrail ərazisinə indiyə qədər <span style=\"color: #ff0000;\">12 minə yaxın raket buraxdı</span>
Kateqoriya məlum deyil06.12.23, 18:0011185 👁️
T

Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri İsrail Müdafiə Qüvvələri hərbçiləri Fələstin anklavında radikal HƏMAS hərəkatının batalyon komandirlərinin azı yarısını məhv edib.

 

Sfera.az xəbər verir ki, bunu İsrail hökumətinin sözçüsü Eylon Levi xarici jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

 

“Oktyabrın 7-də münaqişə başlayandan bəri HƏMAS İsrailə 11 500-dən çox raket atıb. Bu atışların 2000-dən çoxu uğursuz olub, mərmilərin əksəriyyəti Qəzza zolağının özünə düşüb və əhəmiyyətli dağıntılara səbəb olub”, - deyə Levi qeyd edib.

PAYLAŞ
Sehliyali
Yüklənir...