Avtomobilə meteorit düşdü - FOTO 

Avtomobilə meteorit düşdü - FOTO 

Fransanın Strasburq şəhərində Renault Clio avtomobilinin sahibi kiçik hetçbekin damında nəhəng dəlik görüb və sığorta şirkətinə zəng edərək avtomobilinin meteoritdən zərər gördüyünü deyib.

 

Sfera.az xəbər verir ki, zərbə Clio-nun damında təxminən 20 düymlük dəlik buraxıb.

 

Məsələni araşdırmaq üçün hadisə yerinə yanğınsöndürənlər göndərilib. Onlar tez bir zamanda yanğını söndürüb və çuxurun "astronomik cism" tərəfindən törədildiyinə qərar veriblər. Lakin onları çaşdıran şeylərdən biri də meteoritin avtomobildə olmamasıdır.

 

Hadisə yerinə göndərilən yanğınsöndürmə qrupunun kapitanı bildirib ki, meteorit ya o qədər kiçikdir ki, onu tapa bilmirlər, ya da zərbə o qədər güclü olub ki, obyekt parçalanıb toza çevrilib. Yerli polis idarəsinin nümayəndəsi bildirib ki, onun komandası maşının yanında şabalıd boyda, yüngül və yanmış ağaca bənzəyən qaya tapıb. Qaya Parisdəki laboratoriyaya göndərilib.Burada tədqiqatçılar onun Clio-nu deşib-deşmədiyini və ən əsası kosmosdan gəlib-gəlmədiyini müəyyən etməyə çalışacaqlar.

 

Belə hadisələrdən biri 1992-ci ildə Nyu-Yorkda baş verib. Belə ki, 27 funtluq meteorit 1980-ci il istehsalı olan Chevrolet Malibu ilə 164 mil/saat sürətlə toqquşub. Sahibi avtomobili 400 dollara alsa da, zərbədən az sonra onu 25000 dollara, meteoriti 50000 dollara satıb. Sedan o vaxtdan bəri bir neçə muzeydə nümayiş etdirilir. Clio Campus-un da dəyərini artacağına dair hələ heç bir söz yoxdur.

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR