Məşhur seysmoloq ağlayaraq AD ÇƏKDİ - Bu şəhərlərdə 7 baldan yuxarı ZƏLZƏLƏ OLACAQ

Məşhur seysmoloq ağlayaraq AD ÇƏKDİ - Bu şəhərlərdə 7 baldan yuxarı ZƏLZƏLƏ OLACAQ

Seysmoloq, professor Naci Görür Türkiyədə seysmoloji vəziyyətlə bağlı danışarkən göz yaşlarına hakim ola bilməyib.

 

Sfera.az xəbər verir ki, o, dünən İstanbul da daxil olmaqla bir neçə rayon və şəhərlərdə hiss edilən 5.1 ballıq zəlzələ ilə bağlı açıqlamalar verib.

 

Candaş Tolqa Işığın verilişində qonaq olan Naci Görür, Kahramanmaraş zəlzələsindən əvvəl də xəbərdarlıqlar etdiyini xatırladıb.

 

O, bildirib ki, tədbir görülməsə, 18 vilayətin taleyi Kahramanmaraş və Hatay kimi olacaq:

 

"18 vilayət və bir çox rayon fay xətləri üzərində yerləşir. Bunlardan biri Maraş və Hatay idi. İndi onlar getdi. Fay xəttində yaşayan vilayətlərin taleyi Maraş və Hatay kimi olacaq".


Naci Görürün 7 və ya daha çox bal gücündə zəlzələ gözlədiyi 18 rayon və şəhər bunlardır: "Eskişehir, Dənizli, Muğla, Ərzincan, Kayseri, Şile, Kahramanmaraş, Hatay, Kocaeli, Osmaniye, Bingöl, Konya, Ərzurum, Aydın, Balıkesir, Burdur, Manisa, Hakkari".

 

"Bu fay Şimali Anadolu fayının cənub qolunun bir hissəsidir. Cənub qolu yavaş-yavaş hərəkət edən ancaq gərginlik toplayan faydır. 1999-cu il zəlzələləri zamanı enerji itirdi. İndi şimal qolunda zəlzələni gözləyirik. Hazırda heç bir problem görmürəm, amma Gəmlikdə tədbir görülməlidir və bu yaşayış sahəsi zəlzələyə davamlı olmalıdır. Bu şəhərin yerləşdiyi yer çox təhlükəlidir və birbaşa Gəmlik qırağındadır”, - professor əlavə edib.(Baku.vs)

 


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...