“Qəzzada dinc əhalinin öldürülməsindən narahatıq” – Pedro Sançes

15:29 / 04.12.2023
11357
İspaniyanın Baş naziri Pedro Sançes Qəzzada dinc əhalinin öldürülməsindən narahat olduğunu bildirib.
Sfera.az xəbər verir ki, o, bu barədə “CadenaSer” radiosuna açıqlama verib:
"Əlbəttə, İsraillə ən yaxşı əlaqələrə sahib olmaq istəyirik, amma məni narahat edən diplomatik böhran deyil, Qəzzada öldürülən mülki insanlardır. HƏMAS terror təşkilatının 7 oktyabrda törətdiyi hücumları açıq və birmənalı şəkildə pisləyirik. İlk andan girovların qeyd-şərtsiz və dərhal azad edilməsinə nail olmaq üçün mübarizə apardıq. Öldürülən mülki əhalinin sayı qəbuledilməzdir".
Sançes diqqətə çatdırıb ki, Yaxın Şərqdə sülhün təmin edilməsi Avropanın strateji maraqlarına uyğundur.
Ülkər Abdurahmanlı