“Rusiya aborta tam qadağa qoymayacaq” - AÇIQLAMA

15:16 / 04.12.2023
11867
“Rusiya aborta tam qadağa qoymayacaq”.
Sfera.az bildirir ki, bunu jurnalistlərlə söhbəti zamanı Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib. O, fikirlərini bu cür ifadə edib:
“Heç bir qadağa, heç bir təzyiq abort problemini həll edə bilməz. Dövlət qətiyyən bu yolu seçməyəcək”.
Onun sözlərinə görə, abortların gizli şəkildə aparılmasına icazə verilməməlidir: “Çünki bu, qadınlar üçün təhlükəlidir. Yalnız iki halda abortların həyata keçirilməsi təmin ediləcək. Birincisi tibbi səbəblərə görə, ikincisi isə qadına qarşı zorakılıqdan sonra”.
Türkan