Filippin sahillərində güclü ZƏLZƏLƏ
Kateqoriya məlum deyil
Martın 26-da Filippin sahillərində Rixter şkalası üzrə 5,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə Sfera.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına istinadən xəbər verir.
Zəlzələnin episentri Leqazpi şəhərindən 71 km, San Xasinto şəhərindən 12 km aralıda yerləşib. Zəlzələ ocağı 300 kilometr dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.






