\"Qarisenda\" qülləsi çökmə təhlükəsinə görə BAĞLANDI - FOTO

İtaliyanın Bolonya şəhərindəki məşhur "Qarisenda" qülləsi çökmə təhlükəsinə görə bağlanıb.
Sfera.az xarici KİV-ə istindən xəbər verir ki, 47 metr olan qüllə dörd dərəcə bucaq altında əyilir və monitorinq nəticəsində əyilmə istiqamətində sürüşmələr aşkar edilib.
Şəhər şurası vəziyyətin çox kritik olduğunu bildirib. Səlahiyyətlilər 12-ci əsrə aid "Qarisenda" qülləsinin çökəcəyi təqdirdə dağıntıların qarşısını almaq üçün onun ətrafında 5 metr hündürlüyündə sədd çəkməyə başlayıblar.
Bildirilib ki, sədd dağıntıları saxlamaqla yanaşı, çökmə zamanı ətrafdakı binaları və insanları qoruyacaq. Qüllənin ətrafında metal torlar da quraşdırılır.
Səddin 4,3 milyon avroya başa gələcəyi təxmin edilir.
Qeyd edək ki, "Qarisenda" qülləsi Bolonya səmasında üstünlük təşkil edən iki qüllədən biridir. Digəri isə təxminən iki dəfə çox hündür olan "Asinelli" qülləsidir və o da əyilir, lakin vəziyyət çox ciddi olmadığı üçün turistlərə açıqdır.
Memarlıq abidələri 1109 və 1119-cu illər arasında tikilib. "Qarisenda" artıq əyilməyə başladığı üçün hündürlüyü 14-cü əsrdə olduğundan alçaqdır.
Firuzə Əliyeva