“Müharibəni Rusiya ərazisinə keçirməliyik” – Zelenski “yeni mərhələ başlayır” dedi

“Müharibəni Rusiya ərazisinə keçirməliyik” – Zelenski “yeni mərhələ başlayır” dedi

“Ukrayna savaşının yeni mərhələsi başlayır”.

 

Sfera.az “Associated Press”ə istinadən bildirir ki, bunu prezident Volodimir Zelenski deyib.  O qeyd edib ki, bu mərhələ çox çətin olacaq.

 

“Silah və quru qoşunlarının çatışmazlığı səbəbindən yay əks-hücumları gözlənilən nəticəni vermədi. Bu da qış hərbi əməliyyatlarını çətinləşdirə bilər. Lakin Ukrayna təslim olmayacaq”, deyə Zelenski bildirib.

 

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki Roman Kostenko isə hərbi əməliyyatların Rusiya ərazisinə keçməli olduğunu vurğulayıb: “Müharibə Ukrayna torpaqlarında davam etsə,  müharibəni uduzacağıq”.

 

Kostenko qeyd edib ki, bu mərhələdə kimin daha çox resursu varsa, o, qalib gələcək.

 

Günay


OXŞAR XƏBƏRLƏR