Amerikalı hərbçiləri daşıyan mikroavtobus qəzaya uğradı

Dünya
00:32 / 01.12.2023
7529
Rumıniyada ABŞ hərbçilərini daşıyan mikroavtobus qəzaya uğrayıb.
Sfera.az bildirir ki, Deveselu bazasında yerləşdirilən Amerika əsgərlərini daşıyan mikroavtobus dairəvi yolda aşıb. Yeddi hərbçidən beşi yaralanıb.
Xəsarət alan hərbçilər xəstəxanaya çatdırılıb.
Polis mikroavtobusun sürücüsünün hərəkət istiqamətinə idarəetməni itirməsi nəticəsində avtomobilin yoldan çıxaraq aşdığını açıqlayıb.
Həmçinin sürücünün sükan arxasında sərxoş olmadığı da təsdiqlənib.
Polis hadisəni təsdiq edən sənədləri toplayıb, cinayət işi açılıb.
Aynil
Sfera.az