Bu şəhərdə 7,4 ballıq zəlzələ olacaq - Alimdən XƏBƏRDARLIQ

14:25 / 29.11.2023
12856
"Türkiyənin Tunceli bölgəsində güclü zəlzələ baş verəcək".
Sfera.az bildirir ki, bunu türk professor Naci Görür deyib.
O bildirib ki, sözügedən şəhərdə 7,4 bal gücündə zəlzələ gözlənilir:
"Tuncelidən danışan yoxdur amma təhlükə altındadır. Çünki Ərzincanla Karlıova arasında Yedisu fayı var. Bu fay sonuncu dəfə 1790-cı illərdə zəlzələ törədib. Yəni ora təhlükəlidir. Dəqiq zamanı deyə bilmərəm".