\"Trampın yenidən prezident seçilməsi fəlakət olar\" – Almaniyalı nazir

13:35 / 29.11.2023
5286
Almaniyanın Müdafiə naziri Boris Pistorius bildirib ki, ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində Donald Tramp qalib gələrsə, bu, əsl fəlakət olacaq.
Sfera.az xəbər verir ki, Pistorius Trampın yenidən prezident seçilməsinin ABŞ-ın Avropadakı fəaliyyətlərinə mənfi təsir göstərəcəyini bildirib.
"Hazırkı prezident Co Baydenin qalib gələcəyi təqdirdə ABŞ Avropada fəaliyyətlərini eyni səviyyədə davam etdirə bilər”.
Ülkər Abdurahmanlı