Ukrayna ərzaq ehtiyatlarını zəhərləmək üçün kimyəvi silahdan istifadə edib - İDDİA

Dünya
11:43 / 29.11.2023
4254
Ukrayna ordusu qida ehtiyatlarını zəhərləmək üçün kimyəvi silahdan istifadə edib.
Sfera.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov deyib.
"Ukrayna Silahlı Qüvvələrinin xüsusi hərbi əməliyyatlar zamanı 17 dəfə qida materiallarını zəhərləmək üçün kimyəvi silah komponentlərindən istifadə etdiyi müəyyən edilib. Bu, ən azı 15 nəfərin ölümünə səbəb olub".
Kirillov bildirib ki, sözügedən kimyəvi komponentlər bahadır və yalnız bir ölkədə istehsal olunur.
Ülkər Abdurahmanlı