İlon Mask İsrailin bu şərti ilə razılaşdı - Qəzzaya internet verilməyəcək

İlon Mask İsrailin bu şərti ilə razılaşdı - Qəzzaya internet verilməyəcək

İsrail hakimiyyəti ilə amerikalı milyarder İlon Mask Qəzza zolağına internet verməmək barədə prinsipial razılığa gəliblər.

 

Sfera.az xəbər verir ki, Mask İsrailin icazəsi olmadan blokadada olan Qəzza zolağını peyk interneti ilə təmin etməyəcək.

 

Bu barədə İsrailin rabitə naziri Karhi X sosial media platformasında məlumat verib:

 

"Rabitə Nazirliyimizlə mühüm bir razılaşma əldə etdiyi üçün İlon Maskı təbrik edirəm. Razılaşmaya görə, Rabitə Nazirliyinin icazəsi olmadan Starlink peyk internet sistemi İsraildə işlədilə bilməz. Bura Qəzza zolağı da daxildir.

 

Nazir Karhi paylaşımında indiki müharibə şəraitində İlon Maskın bu tələbi anlayışla qarşılamasının həyati əhəmiyyət kəsb etdiyinə diqqət çəkib.

 

Mask hələlik məsələ ilə bağlı açıqlama verməyib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR