“Putin casuslara deyir ki, Kiyevdə xaos yaratsınlar” - İDDİA

“Putin casuslara deyir ki, Kiyevdə xaos yaratsınlar” - İDDİA

Putin soyuq qış şəraitində çıxılmaz hərbi vəziyyətlə üzləşdiyi bir vaxtda Ukraynada yuxuda olan rus agentlər şəbəkəsini yenidən işə salmaqda ittiham olunur.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın milli təhlükəsizlik müşaviri Oleksiy Danilov hesab edir ki, ölkənin ictimai qurumlarında yer alan agentlər Kiyevdə birliyi pozmağa cəhdlər edəcəklər.

 

Cənab Danilov bildirib ki, düşmən hərbi yolla qələbə qazana bilməyəcəyini başa düşür, buna görə də daxili sabitliyi pozmaq cəhdləri prioritet olub:

 

“Agentlər prezident Zelenski ilə ordusunun baş komandanı, general Valeri Zalujnı arasında yaranmış gərginlikdən istifadə etmək niyyətindədirlər. Ötən həftə Zelenski Zalujnının münaqişənin dalana dirənməsi ilə bağlı şərhlərini açıq şəkildə rədd edib”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR