“Fələstini tanımağa hazırıq” – İspaniyanın Baş naziri
Kateqoriya məlum deyil
T
İspaniyanın Baş naziri Pedro Sançes mətbuata açıqlama verərək Fələstinin dövlət kimi tanınmasının vacibliyini vurğulayıb.
Sfera.az-ın məlumatına görə Pedro Sançes ölkəsinin Fələstini tanıyacağını söyləyib:
"Beynəlxalq ictimaiyyətin və Avropa İttifaqının Fələstin dövlətini tanımasının vaxtıdır. Bu, olduqca əhəmiyyətlidir. Bunu Aİ ilə birlikdə etməliyik, lakin Aİ Fələstin dövlətini tanımasa da, İspaniya öz qərarını verəcək”.
Ülkər Abdurahmanlı






