Ginnesin kitabına düşən ən gülməli rekordlar - FOTOLAR

Ginnesin kitabına düşən ən gülməli rekordlar - FOTOLAR

Ginnesin Rekordlar Kitabına düşmək, düşündüyümüz qədər də çətin proses deyilmiş.

 

Sfera.az Ginnesin kitabına düşən ən gülməli rekordlardan bəzilərini təqdim edir.

 

1. Ən çox köynək geyinmək rekordu

 

Birdən çox köynək geyinmək... 17 fevral 2019-cu ildə Ontario ştatının Kitçener şəhərində yaşayan Ted Hastings bir dəfəyə 260 köynək geyinərək dünya rekordu qırıb. Bu rekordu qırmaq üçün Hastings orta ölçülü köynəklərlə başlayıb və 20XL ölçüsündə dayanıb. Əslində, bu məqsədə çatmağın ən çətin tərəfi onları geyinmək yox, çoxlu köynək tapmaq olub.

 

 

2. Ən çox CD-ni bir barmaqda saxlamaq

 

12 iyul 2015-ci ildə Silvio Sabba müasir texnologiyanın sürətli inkişafı nəticəsində artıq istifadə olunmayan köhnə CD-lərlə tarixə düşdü. O, bu CD-lərdən 247-ni bir barmağında ustalıqla balanslaşdıraraq dünya rekordunu qırdı.

 

 

3. Bir dəqiqədə bir əllə ən çox yumurta sındırmaq rekordu

 

Ross McCurdy adlı şəxs bir dəqiqədə 32 yumurta qıraraq dünya rekordu qırıb. McCurdy səhər yeməyi ilə məşhur bir restoran sahibidir. Bu o deməkdir ki, keçmiş, indi və gələcək rəqibləri ilə müqayisədə fərqli üstünlüyə malikdir. McCurdy yumurta sındırmaq bacarığını inkişaf etdirməyə illər sərf edib. Ancaq bir barmaqla yumurta sındıran bu rekord çətin bir şey deyil, qırıla bilən rekord sayılır.

 

 

4. Ən uzun qrup qucaqlaşma rekordu

 

2019-cu il, mayın 4-dən 5-nə qədər dörd cəsur İrlandiyanın Castlebar şəhərində toplanıb. Onların məqsədi ən uzun qrup qucaqlaşma rekordunu qırmaq idi. Bu, kimisə qucaqlamaq qədər sadə bir hərəkətlə əldə edilə biləcək rekord kimi görünsə də, əslində böyük dözüm və əzm tələb edirdi. Bu dörd nəfər düz 30 saat 1 dəqiqə bir-birini qucaqlayaraq dünya rekordunu qıra bilib.

 

 

5. Bir dəqiqə ərzində ən çox bananın qabığını soyub yemək rekordu

 

14 yanvar 2012-ci ildə İllinoys ştatının Dandi şəhərində Patrik Bertolettinin əldə etdiyi bu rekord ilk baxışda olduqca sadə görünə bilər. Bertoletti bir dəqiqə ərzində səkkiz bananın qabığını soyub yeməyi bacarıb. “Bunu nənəm də edər” deyə düşünə bilərsiniz, ancaq 4 bananın qabığını 1 dəqiqədə həm soymaq, həm yeməyin çətinliyini də unutmayaq. Üstəlik, bananlar kifayət qədər böyük olub.

 

 

6. Ən sürətli pəncərə təmizləmə rekordu

 

Ginnesin Rekordlar Kitabında bir çox maraqlı, orijinal və qeyri-adi rekordlar var. Bu rekord isə nəyə görə kitaba salınıb, bilmirik. Dünyanın ən sürətli pəncərə təmizləyicisi adı hazırda Terri Berrouza məxsusdur. 9 oktyabr 2009-cu ildə İngiltərənin Bləkpul şəhərində keçirilən Milli Pəncərə Təmizləmə Müsabiqəsində Burrows üç çərçivəli standart ofis pəncərəsini cəmi 9,14 saniyəyə, təxminən 30 metr bez və 7 litrdən bir qədər çox su ilə təmizləməyi bacarıb.

 

 

7. iPad-də ən sürətli əlifba yazma rekordu

 

12 avqust 2013-cü ildə Osler əlifbanı iPad-də cəmi 2,47 saniyəyə tam və səhvsiz yazaraq yeni dünya rekordu qırıb. Bu nailiyyət yeni standart təyin etdi. Lakin ən diqqətçəkən və çətin tərəfi Samuelin bu uğuru yalnız bir əllə əldə etməsidir.

 

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

"Qarabağ" "Neftçi"yə qarşı: Hesab açıldı

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Ərdoğan Harrislə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində Nyu-Yorkda ABŞ prezidentliyinə namizəd Kamala Harrisl...

"Müharibədəki zirehli jiletimi Faiq Ağayevə bağışladım, qəbul etmədi"

"Aparıcı İlqar Mikayıloğlu hərbi bayramların birində mənə zirehli jilet bağışlamışdı".   Sfera.az xəbər verir ki, bunu Xalq artisti Faiq Ağ...